Dünya futboluİspaniya

Danışıqlar başladı

PSJ ulduz futbolçusu Kilian Mbappeni satmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, buna səbəb 25 yaşlı forvardın klubla yeni müqavilə imzalmaması olub. Bu o deməkdir ki, Mbappe 1 il sonra azad agentə çevriləcək.

Hücumçunu pulsuz itirmək istəməyən Paris təmsilçisi onun transferiylə bağlı “Real”la danışıqlara başlayıb. Klub rəhbərliyi Kilianı heyətinə qatmağı hədəfləyən “kral klubu”nun prezidenti Florentino Pereslə əlaqə saxlayıb. Paris təmsilçisi keçiddən 170-200 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ildə bitəcək.