“Neftçi” ilk transferini reallaşdırdı: 2 illik müqavilə, 150 min…
“Neftçi” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” “Səbail”dən ayrılan Emil Balayevi heyətinə qatıb. Onunla 2 illik müqavilə imzalanıb. Futbolçunun illik məvacibi 150 min manat olacaq.
Transferin gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan 29 yaşlı qolkiper 2011-14-cü illərdə bu klubun formasını geyinib. Milli komandamızın üzvü 2014-cü ilin dekabrında paytaxt təmsilçisinin Almaniyanın “Ayntraxt” klubuna transfer olunub.
Balayev karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Səbail, “Zirə”də də çıxış edib. Qazaxıstanın “Tobol” və “Turan” klublarının da formasını geyinib.
Aut.az
