“Mançester Siti” şənbə günü Çempionlar Liqasının finalında “İnter”i məğlub edərək mövsümü trebllə tamamladı. Bundan sonra futbolçuların bir qismi İbitsaya yollandı. Ötən gün isə bütün komanda çempionluq sevincini azarkeşlərlə bölüşmək üçün artıq Mançesterdə toplaşdı.
Yağış və külək xəbərdarlığı səbəbindən tədbir bir qədər gec başladı. Amma mərasim təxirə salınmadı. Bayram, hətta ənənəvi avtobus paradından əvvəl, tramvayın içərisində başladı.
Qarşınızda partilərin əsas adamı – Cek Qrilişdır. O içkiyə meyilli olsa da, səmimi və ürəyi təmiz oğlandır. Bunu hamı etiraf edir. Komanda yoldaşları bu şən oğlanın yanlarında olmasına görə xoşbəxtdirlər. Üzdən yorğun və yuxusuz görünür. Çünki İbitsada səhər saatlarına qədər içib. Kayl Uokerin onu, qollarından tutaraq otel otağına apardığı iddia olunur.
Qriliş dayanmaq bilmir. Komanda yoldaşları onu yenə içirdirlər. “Siti”ni Çempionlar Liqasının qalibi edən Rodri isə hadisələri kənardan izləyir.
Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kuboku. Mançester şəhəri Qızıl trebli qeyd edir.
Bu arada, yağış başladı.
Gəlirlər! Gəlirlər!
Mövsümün əvvəlində kimin ağlına gələrdi ki, bu kuboklar onların əllərində olacaq.
Pep Qvardiola uğurlu mövsümə siqarla yekun vurur. Bu fotonu ifadə etməyə sözlər yetməz.
Bu şəkil şəhərə hökmranlığın simvollarından biridir.
Bu oğlanı yəqin ki, tanıyırsız – Fil Fodendir. 23 yaşlı yarımmüdafiəçiyə yaşıdları həsəd apara bilər. Onun 14 titulu və 2 övladı var. Hər ehtimala qarşı yaşını yoxladıq, düzdür.
Qriliş ağlamağa başladı və dedi: “Mən ümumiyyətlə gecə yatdığımdan əmin deyiləm”.
Kayl Uolkerin əlində günün iki atributu var.
Bu şəkil əsl jurnal və fotoalbomun üz qabığıdır.
Ruben Dias və Erlinq Haalland yağışdan isladılmış köynəklərini çıxarmaq qərarına gəliblər.
Haalland xoşbəxtdir. Dinc də dayanmır. Telefonu ilə canlı yayım açan Qrilişin üzərinə şampan tökdü. Cekin saçları dağıldı.
Əsl çempionların fotosu.
Dünyanın ən yaxşı komandasının çempionluq paradı davam edir.
“Siti” çempionluğu qeyd edərkən Pep dedi ki, oyunçuları Mançesterdəki bütün spirtli içkiləri içiblər. İndi şəhərdə heç nə qalmayıb.
Cek, sən hələ də oyaqsan?!
Əgər belədirsə, o zaman bu uzun çəkməyəcək.
Bu komanda canlı tarix və artıq tarixin bir parçasıdır.