İngiltərə

Qvardioladan gözlənilməz ayrılıq mesajı: Rəhbərliklə danışmışam…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, müqavilənin uzadılması ilə bağlı jurnalistlərin sualını cavablandırkən gözlənilməz fikirlər səsləndirib:

“Reallıq budur ki, indi getməyə daha yaxınam. Artıq klubla danışmışam və onlara hələlik qalacağımı demişəm. Gələn mövsüm burada olacağammı? Sonra danışarıq. Mən 8-9 ildir ki, buradayam… Baxaq, nə baş verir”.

Qeyd edək ki, bu mövsüm Pep “Siti” ilə ardıcıl 4-cü Premyer Liqa çempionluğunu qazanıb.