İtaliya

“İnter” baş məşqçisini tapdı: Anlaşdılar

“İnter” klubu ispaniyalı mütəxəssis Sesk Fabreqasla şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Aut.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin yazdığına görə, indi Milan klubu Fabreqasın baş məşqçisi olduğu “Komo” ilə danışıqlar aparmalı və onu müqavilə ilə transfer etməlidir. Bu baş tutarsa, o, “neradzurrilər”in yeni baş məşqçisi olacaq.

Sesk bu vəzifədə istefaya göndərilmiş Simone İnzaqini əvəz edəcək.

Qeyd edək ki, ötən mövsüm Fabreqasın rəhbərlik etdiyi “Komo” A Seriyasına yüksəlmiş və çempionatı 10-cu pillədə tamamlamışdı.

Aut.az