İtaliya

Pepə cavab verdi: Kiçik oyun oynama

“Napoli”nin baş məşqçisi Luçano Spaletti “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya cavab verib.

Aut.az xəbər verir ki,  Pep neapolluları Avropanın ən güclü komandası adlandırmışdı.

“Bu, məni qürurlandırmır, mənim üçün heç bir məna kəsb etmir. Bu, başqalarına təzyiq etmək üçün hər kəsin bildiyi kiçik bir oyundur. “Napoli”ni “Mançester Siti”dən üstün tutacağam?

Onlar bizim 9 milyon avromuzla müqayisədə 900 milyon avro xərcləyə bilərlər və bunun üçün açıq-aydın yaxşı səbəblər var. Bu, sizi yıxmaq üçün kiçik bir oyundur, əvvəlcə ayağa qaldırırlar, sonra da vururlar”, – deyə Spallettidən jurnalist Canluka Di Marzionun rəsmi saytı sitat gətirir.

Xatırladaq ki, 1/8 final mərhələsində “Napoli” iki oyunun nəticəsinə görə “Ayntraxt”ı 5:0 hesabı ilə məğlub edib. “Napoli” tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Pepə cavab verdi: Kiçik oyun oynama

Aut.az