“Neftçi”nin prezidenti Fərrux Mahmudov bildirib ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” matçı 8-ci km qəsəbə stadionunda olacaq.
Prezident vurğulayıb ki, guya bu qərarı azarkeşlərinin istəyi ilə ediblər.
Amma icazə verin, onun bu açıqlmasının səmimiliyinə şübhə edək. Bunun üçün əlimizdə tutarlı dəlillər var.
Birincisi, klub rəhbərləri belə qərar verməklə “Neftçi”ni kiçildiblər. Yəni onların qənaətinə görə, “ağ-qaralar”ın 10 min azarkeşi ola-olmaya.
Hətta “Beşiktaş”la oyunda belə. Əks-təqdirdə Olimpiya stadionunu seçərdilər.
İkinci amil isə “Neftçi” rəhbərliyinin qorxusudur.
“Beşiktaş”la qarşılaşmada stadion tam dolacaqdı. Buna şübhə yox idi. Amma “Neftçi” rəhbərliyi əmin olub ki, stadionun 90 faizi “Beşiktaş” azarkeşləri olacaq. Ona görə də, oyunu kiçik tutumlu stadiona salıblar. Bu arenada “Neftçi”nin sayı güclə 7-8 minə çatan tərəfdarları ilə azarkeş amilində üstünlük əldə etmək olar.
Amma bu amil də “Neftçi” rəhbərliyinin axmaq qərarına bəraət qazandırmır.
Niyə? Avrokuboklar hər bir komanda üçün yaxşı pul qazanmaq üçün fürsətdir. Bu fürsət özü “Neftçi”nin ayağına gəlmişdi. “Beşiktaş”ın Azərbaycandakı populyarlığından istifadə edib Olimpiya stadionundakı bütün yerləri babat qiymətə satmaq və yaxşı qazanc götürmək olardı. Əvəzində onlar, guya azarkeşlərə jest etdilər. Cəfəngiyatdır, həm də, axmaqlıq.
Aut.az