İngiltərə

Qvardiola Qvardiol haqda: Nə gözəl soyadı var

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola tezliklə İngiltərə klubuna keçəcək “RB Leypsiq”in müdafiəçisi Coşko Qvardiol haqda danışıb.

Aut.az xəbər verir ki, Qvardiol 21 yaşlı xorvatiyalının “Mançester Siti”yə keçməyə yaxın olduğunu və hazırda tibbi müayinədən keçdiyini təsdiqləyib.

“Onun nə gözəl soyadı var”, – ispan mütəxəssis bildirib.

Mətbuatın yazdığına görə, Qvardiol 90 milyon avro və 10 milyon bonus qarşılığında İngiltərə klubuna keçir.

Aut.az