Əmindir ki, Salah gedəcək: Dünyanın o biri hissəsində ulduz olmağa
“Liverpul”un sabiqbaş məşqçisi Qrem Suness Məhəmməd Salahın Yurgen Kloppla münaqişəsindən danışıb.
Aut.az xəbər verir ki, Suness Salahı eqoist futbolçu kimi xarakterizə edib.
“Mən inanıram ki, Məhəmməd Salah ” Liverpul”u tərk edəcək . O, bu klubda əla çıxış etdi, lakin Səudiyyə liqasına keçsə, dünyanın o hissəsində böyük ulduza çevriləcək.
O, açıq-aydın özü haqqında çox yüksək fikirdədir və “Vest Hem”lə oyunda əsas heyətdən kənarda qalmasına qəzəbləndi.
Salah indiyə qədər gördüyüm ən eqoist oyunçudur. Əvvəlki oyunlarda da əvəzlənməsindən belə heç vaxt razı olmayıb.
Futbolçularınızdan istədiyiniz budur: iki qoldan sonra onları dəyişsəniz, onlar qalıb üçüncü qolu vurmaq istəməlidirlər. Sadio Mane hələ komandada olanda onlar daim döyüşürdülər”, – “Liverpul”un keçmiş baş məşqçisi “Three Up Front” podkastında deyib.
Aut.az
