Kateqoriyasız

Mourinyo bir neçə təklifdən imtina edib: Bu kluba görə

Məşhur portuqaliyalı məşqçisi Joze Mourinyo bu yaxınlarda klublardan gələn bir neçə təklifi rədd edib. Çünki o, “Bavariya”da işləməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mourinyo “Bavariya”nı məşqçilik karyerasını davam etdirmək üçün çox cəlbedici yer hesab edir. O da bildirilir ki, alman klubunun müdafiədəki oyun tərzinə və böyük eqosuna görə portuqaliyalını nəzərə alması ehtimalı azdır.

Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub.

Aut.az