İngiltərə

Qvardiola ona qadağa tətbiq edib: Gələn dəfə…

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Superkuboku uğrunda “Mançester Yunayted”lə görüşdə oyunsonrası seriyada qaçırdığı penaltidən danışıb.

Görüş “şəhərlilər”in 1:1 (7:6 penalti) qələbəsi ilə başa çatıb.

Aut.az xəbər verir ki, Silva Pepin ona qadağa tətbiq etdiyini bildirib.

“Qvardiola mənə dedi ki, gələn dəfə penalti vurmayacaqsan. Odur ki, siz bu barədə narahat olmayın!” – Silvanın sözlərini “Manchester Evening News” sitat gətirib.

Komandada ilk zərbəni yerinə yetirən Silva penaltini qola çevirə bilməyib. Ondan sonra “Siti”nin futbolçularının hamısı dəqiqi olub.

Aut.az