Almaniyaİngiltərə

Münhenə xüsusi komanda gətirib: mühafizəçi, həkim…

“Bavariya”nın hücumçusu Harri Keyn Almaniyaya beş nəfərdən ibarət xüsusi komanda gətirib.

Aut.az xəbər verir ki, bu barədə “SportBilb” məlumat yayıb.

Mənbənin sözlərinə görə, komandanın tərkibinə mühafizəçi, fitnes və fizioterapiya mütəxəssisləri, həmçinin şəxsi həkim daxildir. Ailə Münhendə ev tapdıqdan sonra Keynə şəxsi məşqçi də qoşulacaq.

30 yaşlı hücumçu Münhenə mümkün qədər tez inteqrasiya etmək istəyir və komanda yoldaşları ilə daha yaxşı ünsiyyət qurmaq üçün alman dili dərsləri alır. Komanda daxilində Tomas Müller Keynin ən yaxın dostu hesab olunur. Hücumçu onunla meydanda oynamaq fürsətini yüksək qiymətləndirdiyi üçün Müllerin “Frayburq”la  oyunda əsas heyətə qayıtmasından məmnun olub.

Keyn 2023-cü ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. Transfer məbləği 100 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Keyn bütün turnirlərdə 10 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az