“Yunayted”in 71 yaşlı sahibi 4,5 saat marafonda qaçdı, sonra isə…
Cim Ratkliff London marafonunda iştirak etdikdən sonra “Mançester Yunayted” – Koventri” matçına qatılıb.
Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, ötən ilin dekabrında “Mançester Yunayted”in səhmlərinin 25%-ni alan 71 yaşlı britaniyalı iş adamı London marafonunu 4 saat 30 dəqiqə 42 saniyəyə başa vurub.
Finişə çatdıqdan sonra Ratkliff İngiltərə Kubokunun yarımfinalının keçirildiyi “Uembli”yə gedib və ikinci hissənin əvvəlində stadionda olub.
“Mançester Yunayted” “Koventri”ni penaltilər seriyasında məğlub edərək (3:3, 4:2) İngiltərə kubokunun finalına yüksəlib . Turnirin finalında mankunianlılar “Mançester Siti” ilə qarşılaşacaq.
Aut.az
