İngiltərə

Liverpul derbisində Fələstin bayraqları – FOTO

“Liverpul” azarkeşləri Premyer Liqanın 9-cu turunun “Everton”la ev oyununa (2:0) Fələstin bayraqları gətirib.

Aut.az xəbər verir ki, bu barədə “GB News” məlumat yayıb.

Həmçinin tribunalarda “Allah xatirinə Qəzzanı xilas et” yazısı olan pankart asılıb.

Bundan əlavə, “Olt Sports”un məlumatına görə, sükut dəqiqəsi zamanı Kop tribunasından “Azad Fələstin” şüarı eşidilib. Xatırladaq ki, Premyer Liqa 9-cu turun oyunlarında İsrail və Fələstin bayraqlarının nümayişinə qadağa qoyulmasına qərar verib.

Daha əvvəl bildirilmişdi ki, “Liverpul” rəhbərliyi Premyer Liqanın “Everton”la oyununda İsraildən olan həlak olan azarkeşlərin xatirəsinə “Enfild”də pankart nümayiş etdirilməsinə icazə verməyib.

Xatırladaq ki, hazırda İsraillə Fələstin arasında silahlı münaqişə gedir.

Liverpul derbisində Fələstin bayraqları – FOTO

Aut.az