İngiltərə

Oyun fəlsəfəsini dəyişməyəcək: Hamı əzab çəkəcək

Bazar günü, yanvarın 19-da Premyer Liqanın 22-ci turunda “Mançester Yunayted” “Brayton”u qəbul edib. “Qırmızı şeytanlar” 1:3 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim oyundakı məğlubiyyəti belə şərh edib:

“Mənim üçün oyun fəlsəfəmi dəyişdirməyəcəyim aydındır. Mən bunun çox aydın fərqindəyəm. Futbolçular əziyyət çəkəcək, azarkeşlər əziyyət çəkəcək. Çox üzr istəyirəm, amma hər şeyi etmək üçün yalnız bir yol var. Biz bu anı keçməliyik və hamı nə edəcəyimizi bilir.

Bu vəziyyəti izah etdim. Azarkeşlərlə, idarə heyəti ilə və hər kəslə hər şeydə çox açıq oldum. Məndən nə gözlədiklərini bilirdilər. Amma əsas bu deyil, bu qədər oyunda məğlub olmaq yolverilməzdir. Evdə keçirilən beş matçda dörd dəfə uduzmaq, bir qələbə qazanmaq istənilən klub üçün çox çətindir. Biz təkmilləşməliyik”.

Aut.az