İngiltərə

Bir neçə gün qaldı: “Siti” onun transferini bu tarixdə açıqlayacaq

“Ayntraxt”ın misirli hücumçusu Ömər Marmuşun “Mançester Siti”yə transferi son mərhələdədir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mənbənin məlumatına görə, bu gün futbolçu tibbi müayinədən keçmək üçün Mançesterə gedəcək. Sabah isə tibbi müayinə baş tutacaq. Hər şey yaxşı olarsa, “Siti” transferi çərşənbə axşamı və ya çərşənbə günü rəsmən elan edəcək.

Daha əvvəl xəbər verildiyi kimi, Marmuşun “Mançester Siti”də maaşı ildə 16-17 milyon avroya çatacaq, transfer məbləği isə 75 milyon avro + bonuslar olaraq 5 milyon avro olacaq.

Bu mövsüm Ömər Marmuş klub səviyyəsində 26 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Aut.az