İspaniya

Biabırçılıqdır: Ter Şteqen sayılmayan qola görə qəzəblənib

La Liqanın 32-ci turunda “Real” “Barselona”ya qalib gəlib – 3:2.

Aut.az xəbər verir ki, ikinci hissədə mübahisəli epizod yaşanıb. Lamin Yamalın zərbəsindən sonra top qapı xəttini keçsə də, hakimlər bunu qeydə almayıblar. VAR hakimləri də topun qapı xəttini keçib-keçmədiyini müəyyən edə bilməyiblər.

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu anı şərh edib:

“Bu, futbol dünyası üçün biabırçılıqdır. Qol olub-olmadığını aşkarlayan texnologiya yoxdur, niyə? Bu sənayeyə çoxlu pul yatırılır, amma görünür, ən vacib şeyə deyil. Mən sadəcə qəzəbliyəm”, – deyə insayder Fabritsio Romano Ter Stegendən sitat gətirib.

Aut.az