Azərbaycan futbolu

“Qarabağ”ın legioneri Rusiya millisinə çağırıla bilər

“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya yığmasına dəvət ala bilər.

Aut.az xəbər verir ki, bu barədə millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib. O, “Qarabağ”ın üzvünün milliyə namizəd olduğunu söyləyib:

“Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.

Lunyov avqustdan “Qarabağ”da çıxış edir. O, Rusiya yığmasında 7 oyuna çıxıb.