İngiltərə

Karyerası ərzində bircə kart da almayıb: Əfsanə doğum günün qeyd etdi

Noyabrın 30-da İngiltərə futbolunun əfsanəvi hücumçu Qari Lineker 64 yaşını qeyd etdi.

Aut.az xəbər verir ki, o, futbolçu karyerasına “Lester”də başlayıb. 7 mövsüm ərzində futbolçu 195 oyun keçirib və 95 qol vurub. Daha sonra “Everton”a keçib və burada 41 oyunda 30 qol vurub.

“Everton”dan sonra Lineker “Barselona”ya yollanıb. İspaniyada o, katalonların əsas rəqibi “Real” üçün əsl kabusa çevrildi. Qarşıdurmaların birində Qari het-trik edib və “Barselona” 3:2 hesabı ilə qalib gəlib.

Lineker həmçinin İngiltərənin “Tottenhem” və Yaponiyanın “Naqoya Grampus” klublarında da çıxış edib.

Linekerin əsas nailiyyəti 567 matçda hakimlərdən bir dəfə də olsun vərəqə almamasıdır. 1990-cı ildə FİFA-dan feyr-pley mükafatı alıb ki, bu da onun meydanda ədalətli oyununun təsdiqidir.

Aut.az