Dünya futboluİngiltərə

Yeni Messi və Ronaldo onlardır? – Diqqətli olun…

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland PSJ-nin hücumçusu Kilian Mbappe ilə rəqabət haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, bu qarşıdurmanının Lionel Messi və Kriştiano Ronaldo arasındakı rəqabətlə müqayisə edildiyini bildirib.

“Deyəsən, hamı bu qarşıdurma haqqında düşünür. Ancaq diqqətli olun, Messi və Kriştianonun meydanda çılğın şeylər etdiyini xatırlamalıyıq. Nəzərə alınmalı olan odur ki, onlar hələ də bunları edirlər, yaşlansalar belə, yenə də fantastikdirlər.

Onlar kimi iki böyük çempionun yarışmasını izləmək şərəfdir. Amma mövzuya qayıdacağam, mən heç vaxt özümü digər oyunçularla müqayisə etmirəm, bu mənim həyat tərzim deyil, dünyaya belə baxmıram. “Mən özümə fokuslanmışam və sadəcə olaraq hər gün daha yaxşı olmağa, etdiyim işdən həzz almağa və özümün ən yaxşı versiyası olmağa çalışıram”, “L’Equipe” Haalanddan sitat gətirib.

Aut.az