Qvardiola: O, hər oyunda 5 qol vurmalıdır, yoxsa…
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 27-ci turunda “Kristal Pelas”ı məğlub etdikdən (1:0) sonra penaltidən vurduğu qolla komandasına qələbə qazandıran Erlinq Haaland haqda fikirlərini bölüşüb.
Aut.az “Manchester Evening News”a istinadən xəbər verir ki, Qvardiola Erlinqin üstün keyfiyyətini deyib və onun bundan sonra daim təzyiq altında olacağını bildirib:
“O, hər oyunda beş qol vurmalıdır və bunu etməsə, təzyiq altında olacaq (gülümsəyir). İndiyə qədər inanılmaz bir mövsüm keçirdiyi üçün ona heç bir təzyiq yoxdur. Onun tapdığım ən böyük keyfiyyətlərindən biri heç vaxt fürsəti əldən verməməsidir…
Bir şansını əldən verə bilər, amma buna görə heç vaxt depressiyaya düşmür, heç vaxt üzülmür. O, şansının olacağını və bundan istifadə edəcəyini bildiyi üçün həmişə pozitiv düşünür. Bu, futbolçu üçün inanılmaz keyfiyyətdir.
Onun həyatı həmişə topu tora vurmaqla bağlı olacaq. Bir-iki qol vurmasa, insanlar onun daha əvvəlki kimi olmadığını deməyə başlayırlar. Ancaq o, həmişə həminkidir. Rəqəmlər hər şeyi deyir, baxmayaraq ki, hələ martdır”.

Aut.az
