Digər

Şakira o mahnını niyə yazıb?

Məşhur kolumbiyalı müğənni Şakira keçmiş həyat yoldaşı, ispaniyalı futbolçu Xerard Pike haqqında nə üçün mahnı yazdığını açıqlayıb.

Aut.az xəbər verir ki, bu haqda “Sportface.it” məlumat yayıb:

“Bu mahnının gözəlliyi ondadır ki, o, bir çox qadının himninə çevrilib. Ayrıldıqdan sonra çox çətin bir il yaşadım. Bu mahnını yazmaq mənim üçün çox vacib idi, eyni şeyi yaşayan qadınlara o qədər yaxınlıq hiss etdim ki, yaşamalı olduğum bütün pisliklərdən keçdim”.

Yanvarın 12-də Şakira Pikeyə həsr olunmuş BZRP Music Sessions #53 adlı yeni mahnısını təqdim edib. Mahnı əsasən Pikeyə və onun yeni sevgilisi Klara Çia Martiyə lağ üzərində qurulub.

Aut.az