Digər

Həbibin borcu artıb bu qədər oldu

Sabiq UFC çempionu Həbib Nurməhəmmədovun Federal Vergi Xidmətinə (FTS) borcu artıb.

Aut.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, ay ərzində məbləğ 3,5 milyon rubl artıb. Hazırda borc 309,7 milyon rubl təşkil edir.

Mayın 11-də “Mash”, Nurməhəmmədovun Federal Vergi Xidmətinə 306,2 milyon rubl borcu olduğunu bildirib. Qeyd olunub ki, “Eagle FC” döyüş liqasının və onunla əlaqəli xeyriyyə fondunun hesabları bloklanıb. Eyni zamanda, keçmiş döyüşçünün komandası borcla bağlı məlumatı qeyri-dəqiq adlandırıb.

Aut.az