Dünya futbolu

Dünyanın ən bahalı futbolçularının yığması

Dünyanın ən bahalı futbolçularından ibarətə yığma tərtib edilib.

Aut.az xəbər verir ki, yığmanı “Transfermarkt” internet portalı hazırlayıb. PSJ-nin hücumçusu Kilian Mbappe təxminən 180 milyon avro ilə siyahıya başçılıq edir. Komandanın ümumi dəyəri 1,17 milyard avrodur.

Ən bahalı futbolçuların yığması:

Qapıçı: Tibo Kurtua (Real Madrid, 60 milyon avro).

Müdafiəçilər: Matteys de Liqt (Bavariya, 70 milyon avro).

Coşko Qvardiol (RB Leipsiq, 75 milyon avro), Ruben Dias (Mançester Siti, 75 milyon avro).

Yarımmüdafiəçilər: Pedri ( Barselona, ​​100 milyon avro), Camal Musiala (Bavariya, 100 milyon avro), Cud Bellinqem (Borussiya Dortmund, 110 milyon avro), Filip Foden (Mançester Siti”, 110 milyon avro), Vinisius Junior (“Real Madrid”, 120 milyon avro )

Hücumçular:  Erlinq Haaland (“Mançester Siti”, 170 milyon avro), Kilian Mbappe (“PSJ”, 180 milyon avro).

Aut.az