Kadi “Krasnodar”da ilk qolları haqda: Paltardəyişmə otağında…
Rusiya çempionatının 19-cu turunda “Dinamo” ilə oyunda (3:1) dubla imza atan “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges təəssüratlarını bölüşüb.
Aut.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu “Krasnodar”ın rəsmi YouTube kanalına danışıb:
“Əlbəttə, gözləyirdim ki, “Krasnodar”da vuracağım qol xüsusi bir şey olacaq. Amma prinsipcə, onlar digər qollardan çox da fərqlənmir. Şübhəsiz ki, xoşbəxt olduğumu deyə bilərəm.
Amma mənim xoşbəxtliyimin üstündə klubun qələbəsi dayanır. Paltardəyişmə otağında komanda məni ilk qollarıma görə təbrik etdi. Amma təbii ki, təbriklər təkcə mənə deyil, bütün kluba ünvanlanıb.
Bu gün stadionda çox gözəl ab-hava var idi və bu, çox enerji verir. Səhv edəndə də azarkeşlər dəstək olur. Belə münasibət emosiyalarla yüklənir, özünə inam verir və irəli getmək üçün daha çox istək yaradı”.
Aut.az
