70-ci illərin 10 ən yaxşı futbolçusu
Niderlandlı Yohan Kroyff Britaniyanın “FourFourTwo” nəşri tərəfindən 1970-ci illərin ən yaxşı futbolçusu kimi tanınıb.
Aut.az xəbər verir ki, 2016-cı ildə 68 yaşında dünyasını dəyişən Kroyff 33 futbolçudan ibarət siyahıya başçılıq edir.
Yohan futbolçu kimi “Ayaks” və “Barselona” klublarının, eləcə də Niderland millisinin rənglərini qoruyub.
Maraqlıdır ki, “FourFourTwo” 1975-ci ildə “Qızıl Top”u qazanan Kiyev “Dinamo”sunun sabiq hücumçusu Oleq Bloxini “onluq”dan kənarda qoyub – 13-cü yer.
Azərbaycan yığmasının mərhum baş məşqçisi Karlos Alberto Torres 4-cü pillədə qərarlaşıb.
1970-ci illərin ən yaxşı 10 oyunçusu (FourFourTwo versiyası):
Yohan Kroyff (Hollandiya)
Franz Bekkenbauer (Almaniya)
Herd Müller (Almaniya)
Karlos Alberto Torres (Braziliya)
Mario Kempes (Argentina)
Yohan Neeskens (Hollandiya)
Jairzinyo (Braziliya)
Kevin Kiqan (İngiltərə)
Rivelino (Braziliya)
Dino Zoff (İtaliya)
Aut.az
