Dünya futbolu

Di Kaprionun keçmiş sevgilisi DÇ-də Messini belə dəstəkləyir – FOTO

2026-cı il Dünya Kubokunda Argentina milli komandasını dəstəkləmək üçün təkcə sadiq azarkeşlər ordusu deyil, həm də Hollivud ulduzu Leonardo Di Kaprio ilə münasibətləri ilə tanınan məşhur aktrisa və model Kamila Morrone də gəlib.

Aut.az xəbər verir ki, valideynləri argentinalı olan 29 yaşlı Morrone, Dünya Kuboku ABŞ-da keçirildiyi üçün milli komandasının oyununu canlı izləmək fürsətindən istifadə edib.

O, tribunadan Lionel Skaloninin komandasını hərarətlə alqışlayıb.

Aktrisa Argentina milli komandasının rənglərində bir geyim seçib: açıq mavi rəngli futbolka, milli rənglərdə Panama papağı və ağ cins şalvar. Argentina bayrağının təsvir olunduğu üz rəsmləri ilə görünüşünü tamamlayıb.

Kamila oyun atmosferini sosial mediada aktiv şəkildə paylaşır.  O, azarkeşlərlə poza verib, selfi çəkdirib və hətta Lionel Messinin də şəklini paylaşıb. Oyundan sonra model emosional şəkildə yazıb:

“Argentinalı olduğum üçün nə qədər qürur duyduğumu heç vaxt anlamayacaqsınız! Messini Dünya Kubokunda şəxsən görmək bir xəyal idi. Finalda görüşənədək? İrəli, Argentina, daha bir Kubok!”

Aut.az