Hamı nə baş verdiyini gördü – Salah
Misir millisinin kapitanı Məhəmməd Salah 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya məğlubiyyətdən (2:3) danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini “Globo” yayıb.
“Fironlar”ın ulduzu komandanın matçın böyük bir hissəsində əla oynadığını bildirib. O, hakimlikdən məyus olsa da, komanda yoldaşı Mustafa Ziko və baş məşqçi Hossam Həsənin etdiyi kimi açıq-aşkar açıqlamalar verməmək qərarına gəlib.
“Əvvəla, bu, Allahın iradəsi idi. Bu matçın və nəticənin taleyi belə idi. İlk hissədə əla oynadıq və ikinci hissənin çox hissəsində yaxşı oynadıq. Bir neçə kiçik səhv etdik və hakimliyə gəldikdə isə, şərh verməməyi üstün tuturam.
Hamı nə baş verdiyini gördü. Başqa deyəcək sözüm yoxdur. Qolumuz nəzərə alınmadı və xeyrimizə penalti təyin etmədilər. Bundan dərhal sonra rəqib əks-hücuma keçdi və qol vurdu”, – Salah deyib.
Futbolçu tarixdə ilk dəfə Dünya Kubokunun pley-off mərhələsinə yüksələn komandası ilə fəxr etdiyini bildirib. O, bu turnirin “Fironlar”ın gələcək inkişafında başlanğıc nöqtəsi ola biləcəyinə inandığını deyib.
Argentina 1/4 finalda İsveçrə ilə qarşılaşacaq.
Aut.az
