Dünya futbolu

Bukmeker kontoru bundan könüllü imtina etdi

“Unibet” bukmeker kontoru embleminin Niderland klubu “Utrext”in formasında yerləşdirilməsindən könüllü surətdə imtina edib.

İndi formanın üzərində şəhərin aparıcı sosial layihələr saytının ürək formalı QR kodu olacaq.

Bu yaxınlarda Danimarkadan olan bir bukmeker kontoru da könüllü olaraq loqosunun “Brondbyu”nun formasında yerləşdirilməsindən imtina etmişdi.

Beləliklə, bukmeker kontorları idman mərcləri probleminə diqqət çəkərək, mənalı mərclərin reklamını trendə çevirirlər.

Aut.az