Çeferin Aİ-ni biabır etdi: Özlərindən xəbərləri yoxdur, dünyaya demokratiya dərsi keçirlər
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Ukraynada münaqişəyə son qoymaq üçün Rusiya və ABŞ arasında aparılan danışıqlara reaksiyasına görə Avropa İttifaqını (Aİ) tənqid edib.
“Avropa İttifaqının nümayəndələri artıq bir müddətdir ki, Rusiya ilə Ukraynada hərbi əməliyyatların dayandırılmasını müzakirə etməyəcəklərini bildiriblər.
Biz indi elə bir vəziyyətdəyik ki, ABŞ Rusiya ilə danışıqlar aparır və həmin avropalı siyasətçilər “niyə onlarla məsləhətləşmədən danışıqlar aparılır?” deyirlər.
Onlar başa düşməlidirlər ki, burada daha böyük maraqlar var və onlar öz eqoları və şəxsi narazılıqları naminə deyil, bizim və ya başqa bir ölkənin, yaxud Avropa İttifaqının maraqları naminə hərəkət etməlidirlər.
Onların bütün dünyaya Avropanın ən yaxşısı olduğunu təbliğ etmələri məni narahat edir. Avropadakı miqrantlar ideal vəziyyətdən uzaqdırlar, onların insan hüquqlarına tam riayət olunmur, lakin biz dünyaya demokratiya haqqında mühazirə oxuyuruq”, – UEFA prezidenti “Delo” portalına müsahibəsində deyib.
Aut.az
