Boks

Rumıniya boksunun əfsanəsi xərçəngdən öldü

Rumıniyalı keçmiş boksçu Mihay Leu (28-0, 10 KO) 57 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “Boxingscene.com” onun həyat yoldaşının sözlərinə istinadən məlumat yayıb.

“Bu axşam Mihayın ölümünü dərin hüznlə elan edirik.

İstər boks rinqində, istərsə də yarış meydanında əsl çempion olan Leu müstəsna idmançı olmaqla yanaşı, iradə, cəsarət və ehtirasın simvolu idi ” ,  – Ana Leu “Facebook” səhifəsində yazıb.

1987-ci ildə Kubada keçirilən yeniyetmələr arasında dünya çempionatında orta çəki dərəcəsində qızıl medal qazanan Leu rinqdəki ən böyük nailiyyətini 1997-ci ildə Almaniyanın Hamburq şəhərində yekdil qərarla panamalı rəqibi Santiyaqo Samanieqonu məğlub edərək vakant WBO kəmərini qazanmaqla əldə etmişdi.

Aut.az