Başından düşən parikə nə qədər pul ödəyib? – VİDEO
Amerikalı super ağır çəki boksçusu Carrell Miller (27-1-2, 22 KO) nigeriyalı Kinqsli İbe (16-3-1, 14 KO) ilə döyüş zamanı başından düşən parik üçün 700 dollar ödədiyini etiraf edib.
Aut.az xəbər verir ki, o, bu barədə “Breakfastclub” podkastında danışıb.
“Təxminən son anda 700 dollar verdim. Bu çox gülməlidir, çünki parikin düşdüyünü görmədim, amma külək hiss etdim. Sanki zalda kondisioner işə düşmüşdü”, – deyə boksçu bildirib.
O, saçlarını qarşılaşmadan iki gün əvvəl itirdiyini də açıqlayıb.
“Anamın evinə getmişdim və masanın üstündə şampun gördüm. Başımı yudum… Çox pis vəziyyət yarandı. Bu, ağardıcı maddə idi”, – deyə Miller gülümsəyərək söyləyib.
Qeyd edək ki, Carrell Millerin yeganə məğlubiyyəti 2023-cü ildə sabiq dünya çempionu, britaniyalı Daniel Dyubua ilə döyüşdə qeydə alınıb.
Jarrell Miller said he paid $700 for the toupee that got punched off 😭
(via @breakfastclubam) pic.twitter.com/GXHb3zqDLo
— Happy Punch (@HappyPunch) February 2, 2026
The moment Jarrell Miller had his hair punched off in the middle of his fight 🤯🤣
The Ring VI | Buy now at https://t.co/AxmwuHu4GB 🥊 pic.twitter.com/yTPqHVrVJg
— Ring Magazine (@ringmagazine) February 1, 2026
