Qəflətən oyunu dayandırdı, telefonuna baxdı və… – Qumar qalmaqalı – VİDEO
ATP dünya reytinqində 38-ci yerdə qərarlaşan fransız tennisçi Huqo Ember ətrafında böyük bir qalmaqal yaranıb.
Aut.az xəbər verir ki, Monpelye turnirində həmyerlisi Adrian Mannarino ilə qarşılaşma zamanı idmançı gözlənilmədən üçüncü setin həlledici tay-breykində oyunu dayandırıb.
Həmin vaxt Ember 4-3 hesabı ilə öndə idi, lakin telefonunu çıxarıb ekranda nəyəsə baxdıqdan sonra meydançadakı vəziyyət kəskin şəkildə dəyişib.
Fransız oyunçu ardıcıl dörd xal itirdi ki, bunlardan ikisi öz servisində baş tutub. Nəticədə hesab 4-3-dən 4-7-yə dəyişib Ember mübarizəni dayandırıb.
Bu qəribə epizod dərhal sosial mediada müzakirə dalğasına səbəb oldu. Azarkeşlər tennisçinin idman mərc oyunları ilə mümkün əlaqələrindən şübhələnməyə başladılar. Hələlik heç bir rəsmi açıqlama və ya araşdırma olmasa da, matçın həlledici anında baş verən telefon hadisəsi olduqca şübhəli görünür.
Aut.az
🚨 Ugo Humbert is under investigation 🤯
After going up 4-3 with serve in the deciding tiebreak, Humbert randomly stops play to check his phone and loses the next 4 points and match. How do you explain this 🤔 pic.twitter.com/CEm5Cv8ygU
— Mpb (@matchpo1ntbets) February 4, 2026
