Tennis

“Real” tarixinin ən yaxşısı odur, onun fanatıyam – Alkaras kimi deyir?

“Böyük Dəbilqə”nin beşqat çempionu və dünya reytinqinin iki nömrəsi, ispaniyalı tennisçi Karlos Alkaras Britaniya GQ-nun bir neçə qısa sualını cavablandırıb.

Aut.az xəbər verir ki, Alkarasa futbolla bağlı da sual verilib.

– “Real” ntarixinin ən yaxşı futbolçusu?

– Əla sualdır. Bilmirəm… amma Kriştiano Ronaldo deyəcəm. Mən onun böyük fanatıyam, qoy o olsun.

– Hansı super qəhrəman olmaq istərdiniz?

– Supermen. Məncə, bu əla seçimdir.

– Ən çox sevdiyiniz ingilis yeməyi hansıdır?

– Balıq və çips ( xəmirdə qızardılmış balıqdan ibarət Britaniya yeməyi, kartof qızartması ilə verilir).

– Qələbələri qeyd etmək üçün ən çox sevdiyiniz mahnı hansıdır?

– Məncə, “We are the champions” ən yaxşısıdır.

– Tennisçi olmasaydınız, kim olmaq istərdiniz: Formula 1 sürücüsü, yoxsa futbolçu?

– Futbolçu.

Aut.az