Nüfuzlu turnirdən yenə imtina etdi
Serbiyalı tennisçi Novak Cokoviç 27 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək Paris “Masters” turnirində iştirak etməyəcək.
Aut.az xəbər verir ki, Cokoviç bu turnirin yeddiqat qalibidir və 2023-cü ildən bəri Paris “Masters”də oynamır.
“Təəccüblü xatirələrim və illər ərzində qazandığım böyük uğurlar var, xüsusilə də yeddi titul. Ümid edirəm, gələn il görüşərik. Təşəkkürlər”, – deyə 38 yaşlı idmançı sosial şəbəkələrdə yazıb.
Onun yerini fransalı Benjamen Bonzi tutacaq.
Aut.az
