Tennis

Dünyanın 2 nömrəsi akkreditasiyasını unutdu, içəri buraxılmadı – VİDEO

Nüfuzlu Australian Open turnirində təkcə kort üzərində səs-küylü sensasiyalar qeydə alınmır.

Aut.az xəbər verir ki, həm də meydandan kənarda maraqlı və gülməli anlar yaşanır. Bu dəfə diqqət mərkəzinə qadınların dünya reytinqində ikinci pillədə qərarlaşan İqa Şvyontek düşüb. Polşalı tennisçi bir neçə dəqiqəlik adi azarkeş rolunda qalıb.

Məşq kortlarına yollanarkən Şvyontek akkreditasiyasını unutduğu üçün təhlükəsizlik xidməti onu əraziyə buraxmayıb. Tennisçi mühafizəçiləri inandırmağa çalışaraq dəfələrlə belə deyib: “Amma mən İqa Şvyontekəm!”

Lakin qaydalar şöhrətdən üstün olub. Buraxılış olmadan onun girişinə icazə verilməyib. Yalnız bir neçə dəqiqədən sonra məsələ həll olunub və İqa kortların yerləşdiyi əraziyə buraxılıb.