Çempionlar Liqası

Van Dayk ÇL-in tarixinə düşdü: “Qarabağ”la oyunda etdiyinə görə

“Liverpul”un kapitanı Vircil van Dayk UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Aut.az xəbər verir ki, 34 yaşlı müdafiəçi turnirin ümumi mərhələsinin son turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) komandasının parlaq qələbəsində mühüm rol oynayıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“WhoScored”-in məlumatına görə, Niderlandlı futbolçu Çempionlar Liqası tarixində bir oyunda üç qol ötürməsi verən ilk mərkəz müdafiəçisi olub. Bu göstərici onu turnirin rekordçusuna çevirib.

Aut.az