Bunun üzərində işləyirik: Arda “Şaxtyor”un əsas problemini açıqladı
“Şaxtyor”un baş məşqçisi Arda Turan komandanın həll edilməli olan əsas problemini açıqlayıb.
Aut.az xəbər verir ki, məşqçinin sözlərini klubun mətbuat xidməti sitat gətirib.
“Hücum edən oyunçularda hər hansı zədə var? Biz variant axtarırıq, lakin hücumda problemimiz yoxdur, qol vururuq. Problemlər başqa yerdədir – müdafiədə. Biz bunun üzərində işləyirik”, – Turan bildirib.
Ukrayna Premyer Liqasının 2-ci turunda “Şaxtyor” “Karpatı” ilə 3:3 hesablı heç-heçə edib.
“Mədənçilər” növbəti oyununu avqustun 14-də keçirəcəklər. “Şaxtyor” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Panatinaikos”la qarşılaşacaq. İlk oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.
Aut.az
