Dünya futbolu

PSJ-nin ümidi: İmza pulundan kluba da verəcək?

PSJ rəhbərliyi hücumçu Kilian Mbappenin “Real”a keçdiyi zaman alacağı imza bonusunun bir hissəsini kluba ödəyəcəyini gözləyir.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğ 100 milyon avro ilə 150 ​​milyon avro arasında dəyişə bilər.

Xatırladaq ki, daha əvvəl 25 yaşlı Kilian Mbappenin “Real Madrid”lə müqavilənin son detallarını razılaşdırdığı bildirilirdi. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. “Real” Mbappenin transferini yaxın həftələrdə tamamlamaq istəyir, lakin bunu yalnız mövsüm bitdikdən sonra elan edəcək.

Bu mövsüm Mbappe bütün turnirlərdə 33 matçda iştirak edib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az