Atası ən qısa zamanda azad ediləcək
“Liverpul”un futbolçusu Luis Diasın qaçırılan atası sərbəst buraxılacaq.
Aut.az xəbər verir ki, bu barədə Kolumbiya Milli Azadlıq Ordusunun (ELN) nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, Diasın atası ən qısa zamanda azadlığa buraxılacaq.
Xatırladaq ki, “Liverpul”un və Kolumbiya millisinin vingeri Luis Diasın valideynləri Kolumbiyada qaçırılıb. Futbolçunun anası xilas olsa da, atası hələ də cinayətkarların əlindədir. Onların Venesuela vətəndaşları ola biləcəyi bildirilir.
Kolumbiya hökuməti cümə axşamı bildirib ki, futbolçunun atasının qaçırılmasına görə məsuliyyəti ELN qrupu daşıyır. ELN 1964-cü ildə Kolumbiyada yaradılmış radikal sol təşkilatdır.
Aut.az
