İspaniya

“Barselona” 13 qat çempionla qarşılaşacaq – Pula görə

“Barselona” klubu Meksikanın “Amerika” komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki, “Barselona” və “Amerika” klubları arasındakı matç dekabrın 21-də, ABŞ-ın Texas ştatının Dallas şəhərində – “Almeriya” ilə ev oyunundan iki gün sonra keçiriləcək.

Bu matçdan dərhal sonra Kataloniya komandası çarter reysi ilə ABŞ-a uçacaq.

“Amerika” ilə oyunun əsas məqsədi “Barselona”ya əlavə gəlir gətirmək və klubun maliyyə vəziyyətini yaxşılaşdırmaqdır.

“Amerika” Meksikanın ən titullu klublarından biridir. Paytaxt komandası 13 dəfə Meksika çempionu olub, 6 dəfə Meksika Kubokunu və Çempionlar Çempionu titulunu (Super Kubokun Meksika ekvivalenti) qazanıb. Paytaxt klubu həm də KONKAKAF Çempionlar Liqasının yeddiqat qalibi olmaqla turnirin rekordunu müəyyənləşdirib.

Aut.az