İspaniya

Yamal “Real” formasında olan azarkeşlə şəkil çəkdirərkən görün nə etdi – VİDEO

“Barselona”nın cinah oyunçusu Lamin Yamal “Real”ın formasında olan azyaşlı azarkeşin istəyinə reaksiyası maraq doğurub.

Aut.az xəbər verir ki, Yamal uşaqla şəkil çəkdirməyə razılaşsa da, çəkiliş zamanı əli ilə “kral klubu”nun emblemini örtüb. Yanvarın 12-də Səudiyyə Ərəbistanında İspaniya Superkubokunun final oyunu keçirilib və “Barselona” “Real Madrid”lə qarşılaşıb. Oyun 5:2 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Bu görüşdə Yamal 22-ci dəqiqədə qol vurub.

Aut.az