Luis de la Fuente İspaniya yığmasından ayrılır?
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente gələcəkdə milli komandadan getmək barədə düşünüb-düşünmədiyini cavablandırıb.
Aut.az xəbər verir ki, “Marca” de la Fuentenin sözlərindən sitat gətirib: “Bu barədə heç vaxt düşünməmişəm. Mənə hər zaman inanan RFEF-ə çox minnətdaram. Ölkənizi təmsil etmək və millinin baş məşqçisi olmaqdan böyük qürur yoxdur”.
64 yaşlı De la Fuente 2023-cü ildən İspaniya yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında milli komanda 2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatının qalibi olub.
İspaniya millisi DÇ-2026-nın Avropa seçmə mərhələsində Gürcüstan, Türkiyə və Bolqarıstanla E qrupunda mübarizə aparır. İki matçdan sonra de la Fuentenin komandasının 6 xalı var.
Aut.az
