Bacanaqlar komanda yoldaşı oldular – FOTO
“Real” bir neçə gün öncə Xoselunun transferini açıqladı. Madrid təmsilçisi “Espanyol”un 33 yaşlı futbolçusunu icarəyə götürdüyünü elan etdi.
İspaniyalı hücumçu “qalaktikos”a heç də yad sima deyil. O, paytaxt təmsilçisinin yetirməsidir. Eyni zamanda, heyətdə yer alan bir sıra futbolçulara yaxşı tanışdır. Bəziləri ilə milli komandada yoldaş olub. “Real”da bir futbolçu var ki, onunla münasibətləri tamam fərqlidir. Söhbət Dani Karvaxaldan gedir. Xoselu 31 yaşlı müdafiəçiylə həmkar olmaqla yaanaşı, bacanaqdır.



Bəli, onlar əkiz bacılırla evləniblər. Xoselu 2016-cı ildən Melanye Kanizares ilə, Karvaxal isə 2022-ci ildən bacısı Dafne ilə evlidir. Onların həyat yoldaşları Malyorkada anadan olub. Bacıların ailəsi niderland əsillidir.

Dafne stüardessa və model kimi çalışıb. Hazırda toy və sosial tədbirlərin təşkilatçığı ilə məşğul olan “Blue Weddings” şirkətinin sahibidir. Onun “Instagram”da 170.000-ə yaxın izləyicisi var. Tez-tez avtomobillər, zinət əşyaları və ya içkilər haqqında pullu paylaşımlar edir.

Melaninin isə 11.000 izləyicisi var. Burada o, öz üslubu ilə yanaşı, əri Xoselu, oğulları Leo və Lukas barədə paylaşımlar edir. O, tez-tez bacısı ilə gözəl münasibətini abunəçiləri ilə bölüşür.



