“Fənərbağça” və “Beşiktaş”ın potensial rəqibləri bəlli oldu
Türkiyə klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Aut.az xəbər verir ki, “Beşiktaş” bu raundda “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Digər İstanbul təmsilçisi “Fənərbağça” “Fiorita” (San-Marino) – “Zimbru” (Moldova) duelinin güclüsü ilə, “Adana Demirspor” isə Rumıniya komandası ÇFR-lə görüşəcək.
“Beşiktaş” və “Fənərbağça” ilk matçlarını evdə, Adana klubu isə səfərdə keçirməlidir.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
