Dünya futbolu

Neymarla Mbbapenin nailiyyətini təkrarladı: Tarix yazmaq üçün bir oyun qaldı

Usmane Dembele Neymar və Kilian Mbappenin PSJ-dəki nailiyyətlərini təkrarlayıb.

Fevralın 11-də Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyununda “Brest” PSJ-ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az xəbər verir ki, bu qarşılaşmada dubl edən Dembele bütün yarışlarda keçirdiyi son səkkiz matçın hər birində qol vuraraq Neymar və Mbappenin uğurunu təkrarlayıb.

Onu da qeyd edək ki, klub tarixində heç kim ardıcıl 9 oyunda qol vura bilməyib.

Usman Çempionlar Liqasının bu mövsümündə 7 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az