Dünya futbolu

Hələ kluba çox şey verəcək – Pokoqnoli Poqba haqda

“Monako”nun baş məşqçisi Sebastyen Pokoqnoli komandasının 32 yaşlı yarımmüdafiəçisi Pol Poqba haqda danışıb.

Aut.az xəbər verir ki, mütəxəssis bu barədə Fransa mətbuatına danışıb.

“O, çox məşq edir. Nostalji tamamilə başa düşüləndir, çünki o, Fransa futbolunun əfsanəsidir. Fiziki vəziyyəti imkan versə, yenə də kluba çox şey verəcək. Poqba futbolçu qabiliyyətini itirməyib, lakin onun bu keyfiyyətlərini nümayiş etdirməsi üçün də stimul lazımdır. Hər şeyi düzgün təşkil etsək və Pol əlindən gələni etsə, onu çox yaxşı səviyyəsində görə bilərik”, – mütəxəssis deyib.

Poqba hələ ki, “Monako”nun heyətində bir oyun keçirməyib.

Aut.az