İspaniya

“Barselona”nın ulduzu zədələndi

“Barselona”nın hücumçusu Robert Levandovski zədə səbəbilə qeyri-müəyyən müddətə yaşıl meydanlardan uzaq qalacaq.

Aut.az xəbər verir ki, 36 yaşlı polşalı futbolçunun sol bud nahiyəsində əzələ ağrıları müşahidə olunur. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Levandovski bu səbəbdən avqustun 10-da “Komo”ya qarşı keçiriləcək Joan Qamper Kubokunun final matçında iştirak etməyəcək.

Qeyd edək ki, “Barselona” 2025/26 mövsümünə avqustun 16-da La Liqada “Malyorka” ilə ev oyununda start verəcək.