Digər

Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşdi

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti dəfə oktaqona çıxmağa hazırlaşır.

Aut.az xəbər verir ki, yüngül çəki dərəcəsində yer alan idmançımız 11 oktyabr tarixində keçiriləcək “UFC Fight Night” turnirində braziliyalı ulduz Çarlz Oliveyra ilə üz-üzə gələcək.

Bu döyüş hər iki idmançı üçün xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, əvvəlki döyüşündə qələbə qazanan Fiziyev mövqeyini möhkəmləndirməyi hədəfləyir. Rəqibi Oliveyra isə son qarşılaşmasında məğlub olmub və bu döyüş onun üçün həm reytinqdə mövqeyini qorumaq, həm də yenidən çempionluq yoluna qayıtmaq baxımından vacibdir.

Qarşılaşmanın “Farmasi Arena”da keçirilməsi planlaşdırılır və UFC azarkeşləri bu mübarizəni səbirsizliklə gözləyirlər.