Digər

Yığmanın sabiq üzvü görün indi nə işlə məşğuldur

Uelsin reqbi yığmasının sabiq üzvü Lu Rid karyerasını bitirdikdən sonra nə işlə məşğul olduğu haqda danışıb.

Aut.az xəbər verir ki, Rid boksçu Tayson Fyuri və aparıcı Maykl Buferin təhlükəsizlik qrupunda salışır.  Onun vəzifələrinə döyüş günlərində Buferi müşayiət etmək və xüsusilə çəki ölçmələri zamanı Fyuri ətrafında nizam-intizamı təmin etmək daxildir. Rid deyir ki, reqbi bacarığı və peşəkar oyunçu kimi təcrübəsi indi ona çox kömək edir.

“Mən bütün dünyanı gəzirəm. Amma bu həm də reqbi oyunçusu kimi həyatımın bir hissəsi idi. Tayson Fyurinin həftəsi reqbidə keçirdiyimiz həftəyə çox bənzəyir. Bütün bunlar mənə çox yaxın və tanışdır”, – Rid BBC-yə bildirib.

2017-ci ildə karyerasını bitirdikdən sonra Rid iş axtarmağa başlayıb. Dostunun təklifini qəbul edib və ilk olaraq “Uimbldon” tennis turnirində özünü mühafizəçi kimi sınayıb.

Orada peşəkarlardan, o cümlədən bir çox hərbi qulluqçulardan dərs alıb.

Aut.az